Türkiyə parlamentinin sədri: Afrikadakı kolonializm izləri silinməlidir

Türkiyə parlamentinin sədri: Afrikadakı kolonializm izləri silinməlidir

Dünyadakı hazırkı xaosun səbəbkarı və günahkarı Qərbdir.

“Birxeber.Az” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslam Əməkdaşlıq Təşkilatının Gənclik Fondunun Fil Dişində təşkil etdiyi tədbirdə çıxışı zamanı deyib.

O, müsəlman dövlətlərini həmrəyliyə çağırıb: “Afrikadakı kolonializm izləri silinməlidir. Kolonializm insanların təkcə həyatlarını yox, həm də ürəklərini əsir alıb”.

N.Kurtulmuş söyləyib ki, müsəlman ölkələrinin imkanları ilə hazırkı mövqeləri arasında böyük bir uçurum var.

Spiker bildirib ki, İslam dünyası hazırkı mövqeyə və münasibətə layiq deyil: “Bizim potensialımız daha yaxşısına nail olmağa imkan verir. Gələcək İslam dünyasının olacaq. Dünyada yeni sistemə ehtiyac var. Bunu başa düşmək üçün təkcə Qəzzaya baxmaq kifayətdir”.