Kreml: Ermənistan Aİİ üzvlüyündən faydalanmasını öz xarici siyasətində nəzərə almalıdır

Kreml: Ermənistan Aİİ üzvlüyündən faydalanmasını öz xarici siyasətində nəzərə almalıdır

Ermənistan Avrasiya İqtisadi İttifaqı üzvlüyündən faydalanmasını öz xarici siyasətində nəzərə almalıdır.

Birxeber.Az-nın Rusiya müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqı üzvlüyündən faydalanır: "Ümid edirik ki, İrəvan öz xarici siyasətində bunu nəzərə alacaq"

Kremlin sözçüsü Rusiyanın Ermənistanla münasibət qurmaq üçün siyasi iradəsi olduğunu və çətinliklərin keçib gedəcəyini də söyləyib.