Qaradağda reydlər keçirilib, çatışmazlıqların aradan qaldırılması üçün təkliflər hazırlanıb

Qaradağda reydlər keçirilib, çatışmazlıqların aradan qaldırılması üçün təkliflər hazırlanıb

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) əməkdaşları və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllülərindən ibarət monitorinq qrupları Qaradağ rayonunda reydlər keçirib.

"Report" xəbər verir ki, monitorinq qrupları rayon ərazisindəki küçə və prospektlərdə, park və məhəllələrdə apardıqları reydlərin nəticəsi olaraq yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması, asfalt örtüklərinin yenilənməsi, rahat və təhlükəsiz hərəkət üçün mövcud səkilərin bərpası, həmçinin ehtiyaca uyğun olaraq yenilərinin salınması və digər istiqamətlərdə təkliflər hazırlayıblar.

Qeydə alınan çatışmazlıqların aradan qaldırılması üçün növbəti mərhələdə aidiyyəti qurumlarla əməkdaşlıq əsasında tədbirlərin icrasına başlanılacaq.

Xatırladaq ki, daha əvvəl Səbail, Yasamal, Suraxanı, Binəqədi, Nəsimi və Nərimanov rayonlarında keçirilmiş monitorinqlərin nəticələri üzrə bir sıra küçə və prospektlərdə səkilər təmir edilmiş, ağaclar budanmış, yaşıllıqlar salınmış, işıqlandırma sistemləri qurulmuş və digər zəruri abadlıq işləri aparılıb.