Kreml nüvə silahından nə vaxt istifadə ediləcəyini açıqlayıb

Kreml nüvə silahından nə vaxt istifadə ediləcəyini açıqlayıb

Rusiya nüvə silahından yalnız mövcudluğuna təhdid yarandığı təqdirdə istifadə edəcək.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Soçidə keçirilən Ümumdünya Gənclər Festivalı çərçivəsində “Bilik. Birinci” marafonunda çıxış edərkən bildirib.

Peskov qeyd edib ki, nüvə müharibəsi son çarədir, “vida çarəsi”dir, ona görə də Qərbdə bununla bağlı bütün müzakirələr məsuliyyətsizdir.

O, Qərbdə nüvə müharibəsi mövzusunun “müntəzəmləşdirilmə”sini son dərəcə təhlükəli adlandırıb.