Azərbaycan parataekvondoçusu lisenziya turnirinə yollanıb

Azərbaycan parataekvondoçusu lisenziya turnirinə yollanıb

Azərbaycan parataekvondoçusu Röyalə Fətəliyeva Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində çıxış edəcək.

“Report”un məlumatına görə, o, martın 8-də baş tutacaq lisenziya turnirində iştirak üçün Sofiyaya yollanıb.

Röyalə Fətəliyeva baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında K44 kateqoriyası üzrə 52 kq çəkidə dayanq üzərinə çıxacaq.

Turnir Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şansı verəcək.