Ukrayna Prezident Ofisi: Vəziyyət dəyişib, Rusiyanın itkiləri artıb

Ukrayna Prezident Ofisi: Vəziyyət dəyişib, Rusiyanın itkiləri artıb

Vəziyyət dəyişib, Rusiyanın itkiləri kəskin artıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak “X”də yazıb.

O, bunu Ukraynanın silah tədarükünün artması ilə əlaqələndirib: “Ukrayna əhəmiyyətli miqdarda mərmilərə və uzaqmənzilli raketlərə sahib olan kimi Rusiyanın itkiləri kəskin artır”.

M.Podolyak bildirib ki, bəhanalər axtarmaq yox, konkret həllər tapmaq lazımdır: “Sonra isə ədalətli, gələcəyimizə zəmanət verən final olacaq”.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller daha əvvəl Ukraynanın Rusiyaya sürprizlər hazırladığına işarə vurub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələlik Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb.

Ukrayna bu gün Rusiyanın bir neçə ərazisinə pilotsuz uçuş aparatları ilə hücum edib.