AMEA-nın Ümumi Yığıncağı keçiriləcək

AMEA-nın Ümumi Yığıncağı keçiriləcək

AMEA-nın 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabatın müzakirəsini təmin etmək məqsədilə 29 fevral 2024-cü il tarixində AMEA-nın Ümumi Yığıncağı keçiriləcək.

Birxeber.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında bildirilib.

İclasda, həmçinin 27 mart - “Elm Günü”nə hazırlıq haqqında müzakirələr aparılıb. Təqdim olunmuş Tədbirlər planının ilkin layihəsi ətrafında fikir mübadiləsi aparılıb və akademik İsa Həbibbəyli Elm Gününün yüksək səviyyədə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.