Lavrov Mirzoyanla Azərbaycanla normallaşma prosesini müzakirə edib

Lavrov Mirzoyanla Azərbaycanla normallaşma prosesini müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, martın 5-də baş tutan telefon danışığı zamanı ümumi inteqrasiya birlikləri çərçivəsində iki ölkə arasında qarşılıqlı fəaliyyət müzakirə olunub.

“Nazirlər ikitərəfli və regional gündəliyin cari məsələlərini, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini, eləcə də ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər”, - deyə Rusiya XİN-nin saytında yerləşdirilən məlumatda qeyd olunub.