Putin Soçidə Rafael Qrossi ilə görüşəcək

Putin Soçidə Rafael Qrossi ilə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Soçidə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşəcək.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Putin Soçidə AEBA-nın baş direktoru Qrossini qəbul edəcək. Qrossi və “Rosatom” rəhbəri təmasları barədə Rusiya prezidentinə məlumat verəcəklər” – deyə Peskov qeyd edib.