Azərbaycanın 5 cüdoçusu Qran-pri turnirində iştirak edəcək

Azərbaycanın 5 cüdoçusu Qran-pri turnirində iştirak edəcək

Azərbaycanın 5 cüdoçusu Avstriyanın Linz şəhərində keçiriləcək Qran-pri turnirində iştirak edəcək.

“Birxeber.Az” xəbər verir ki, onlardan üçü qadın, ikisi kişi idmançı olacaq.

Martın 8-də startı veriləcək yarışda Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Aytac Qardaşxanlı (63 kq), Rəşid Məmmədəliyev (73 kq) və Camal Qamzatxanov (+100 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar.

Martın 10-dək baş tutacaq Qran-pridə kollektivə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç və qadınlardan ibarət millinin baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcəklər.

Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev yarışda ədalət təmsilçiləri arasında yer alacaq.

Qeyd edək ki, turnirdə 82 ölkədən 568 idmançı iştirak edəcək.