KİV: Ermənistan parlamentində Aİ üzvlüyünə namizədliklə bağlı müzakirə keçiriləcək

KİV: Ermənistan parlamentində Aİ üzvlüyünə namizədliklə bağlı müzakirə keçiriləcək

Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olmaqla bağlı mümkün müraciəti bu gün müzakirə ediləcək.

APA xəbər verir ki, bu barədə yerli “Joğovurd” nəşri yazıb.

Nəşrin sözlərinə görə, ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla parlamentdə qapalı görüş keçirəcəklər. Görüş zamanı Ermənistanın Aİ-yə daxil olmaq üçün mümkün müraciəti müzakirə mövzusu olacaq.

Həmçinin qeyd olunub ki, deputatlar yaxın zamana parlamentdə xarici işlər naziri Ararat Mirzoyanla da görüşməyi planlaşdırırlar.