Matviyenko: Rusiya milli maraqlarına cavab verməyən beynəlxalq müqavilələri denonsasiya etməlidir

Matviyenko: Rusiya milli maraqlarına cavab verməyən beynəlxalq müqavilələri denonsasiya etməlidir

Rusiyanın beynəlxalq müqavilələrinin təftişini aparmaq və onun üçün əlverişsiz olanları müəyyən etmək və lazım gələrsə, onları denonsasiya etmək lazımdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

Onun sözlərinə görə, Rusiya milli maraqlarına cavab verməyən beynəlxalq müqavilələri denonsasiya etməlidir.

“Mənə elə gəldi ki, Qriqori Borisoviç (Karasin - red.), biz Xarici İşlər Nazirliyi ilə birlikdə Xruşşov və adlarını çəkməyəcəyim kimlərsə tərəfindən imzalanan bütün müqavilələri bir daha diqqətlə təhlil etməliyik, hansı ki, həmin müqavilələr, bu gün bizim milli maraqlarımıza cavab vermir. Hansı ki, bunlar düşmən tərəfə birtərəfli imtiyazlar və üstünlüklər verən sazişlərdir. Əgər saziş Rusiya Federasiyasının maraqlarına cavab vermirsə, o zaman onun denonsasiyası ilə bağlı sənəd hazırlamaq lazım gələcək”, - deyə Matviyenko Federasiya Şurasının bu gün keçirilən plenar iclasında vurğulayıb.

Qeyd edək ki, bu gün Federasiya Şurası İngiltərə ilə balıqçılıqla bağlı sazişi denonsasiya edib.