Gəncədə BMW iki maşına, ağaca və işıq dirəyinə çırpılıb - FOTO

Gəncədə BMW iki maşına, ağaca və işıq dirəyinə çırpılıb - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Hərəkətdə olan "BMW"- X5 markalı minik maşını yoldan çıxaraq "VAZ 2106", "Opel" markalı avtomobillərə, ağaca və işıq dirəyinə çırpılıb.

Xəsarət alan olmasa da, avtomobillərə və elektrik təsərrüfatına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.