Rusiyada prezident seçkilərində 740 min seçici vaxtından əvvəl səs verib

Rusiyada prezident seçkilərində 740 min seçici vaxtından əvvəl səs verib

Rusiya Federasiyasında keçirilən prezident seçkilərində ölkənin 32 regionunda 740 min seçici vaxtından əvvəl səs verib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Nikolay Bulayev bildirib.
“6 mart 2024-cü il saat 10:00-a olan məlumata görə, Rusiya Federasiyasının 32 subyektində 740 minə yaxın insan vaxtından əvvəl səs verib. Bu, az deyil, onlar xüsusi şəraitdə olan və məntəqə seçki komissiyasına getməsi həmişə asan və sadə olmayan, bəzən böyük problemlərlə üzləşən insanlardır”, - Bulaev MSK-nın martın 6-da keçirilən iclasında deyib.


Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 15-17-də keçiriləcək. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin dövlət başçısı postu uğrunda mübarizə aparır.