AQSİA: Regionlarda 700 qadın ilkin kapitalla təmin edilib

AQSİA: Regionlarda 700 qadın ilkin kapitalla təmin edilib

İndiyə qədər Azərbaycanın regionlarında 700 qadın sahibkarlıq fəaliyyətinə başlaması üçün ilkin (toxum) kapitalla təmin edilib.

"Birxeber.Az" xəbər verir ki, bunu "Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası" (AQSİA) İctimai Birliyinin sədri Səkinə Babayeva Bakıda keçirilən "Yaşıl dünya naminə qadın həmrəyliyi və innovativ gələcək" mövzusunda tədbirdə bildirib.

Bundan başqa, onun sözlərinə görə, indiyə qədər Assosiasiya 2 000-ə qədər tədbir, 120 əl işləri sərgisi təşkil edib, 40 memorandum imzalayıb, 15 beynəlxalq, 10 yerli qrant layihəsi icra edilib.