Qazaxıstanda ağır yol qəzası baş verib, 8 nəfər ölüb
Qazaxıstanın Aktobe vilayətində Aktobe-Həştərxan avtomobil yolunda iki avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb.
“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Aktobe vilayətinin polis idarəsi məlumat yayıb.
“Hazırda yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və ölən insanların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür”, - məlumatda qeyd edilib.