Şəhid adının əbədiləşdirilməsinə dair yeni qanun layihəsi hazırlanıb

Şəhid adının əbədiləşdirilməsinə dair yeni qanun layihəsi hazırlanıb

Bizim hazırda mövcud olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanun ən uzunömürlü qanundur.

Birxeber.Az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

O bildirib ki, bu qanun 1993-cü ildə Ulu öndərin dövründə qəbul edilib: “Milli Məclisə yaxın zamanlarda bununla bağlı yeni qanun layihəsi daxil olacaq. Yeni qanunda bütün məsələlər cəmləşəcək”.