Nazirliyin şöbə müdiri: Bəzən təhsilalan statusunu təsdiqləyən sənədi təqdim edə bilmir

Nazirliyin şöbə müdiri: Bəzən təhsilalan statusunu təsdiqləyən sənədi təqdim edə bilmir

Prezidentin müvafiq sərəncamı ilə güzəştlər nəzərdə tutulub. Həmin güzəştlər “Təhsil haqqında” qanunda cəmləşdirilib.

Birxeber.Az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov deyib.

O bildirib ki, təhsil müəssisələrinin mülkiyyət növü qanunla dəqiqləşir: “Sosial təbəqədən olan şəxslərin təhsilə əlçatanlığının təmin edilməsi Prezidentin diqqət mərkəzindədir. Güzəştlərlə bağlı mütəmadi maarifləndirmə işləri aparılır. Təhsilalan müvafiq statusda olduğunu təsdiq edən sənədləri təqdim etdiyi halda təhsil müəssisəsi onu təhsil haqqından azad edir. Bunu təqdim edə bilmədikdə müəyyən narazılıqlar yaranır. Bəzən tədris ili başlayır, təhsilalan statusunu təsdiq edən sənədi təqdim edə bilmir, təhsil haqqını ödəməli olur”.