İxrac edilmiş mallara görə ölkəyə qaytarılmayan valyutanın 64%-i Rusiyaya ixracın payına düşüb

İxrac edilmiş mallara görə ölkəyə qaytarılmayan valyutanın 64%-i Rusiyaya ixracın payına düşüb

2023-cü il 31 dekabr tarixinə 1268 hüquqi və 575 fiziki şəxslər tərəfindən ixrac edilən malların müqabilində 2 milyard 177 milyon ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesablara köçürülməsi təmin edilməyib və ya müvəkkil bank tərəfindən elektron gömrük portalına bəyannamələr vaxtında işlənilməyib.

APA-Ecomnomics” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Hesabatda bildirib ki, 2023-cü il ərzində Gömrük Komitəsinin ərazi və ixtisaslaşdırılmış gömrük idarələrində xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması faktları ilə əlaqədar aparılan araşdırmanın nəticəsi olaraq 477 inzibati xəta haqqında iş üzrə toplanılmış materiallar məhkəmə orqanlarına, 1213 cinayət xarakterli fakt üzrə toplanılmış materiallar Respublika Baş Prokurorluğuna, 6 fakt üzrə toplanılmış materiallar isə Dövlət Təhlükəsizlik Xidmətinə göndərilib. Gömrük orqanları tərəfindən 210 inzibati xəta haqqında işə baxılmış və 889 min manat məbləğində cərimə tətbiq edilib.

İxrac edilmiş mallar müqabilində 180 gün ərzində ölkəyə qaytarılmayan xarici valyuta vəsaitlərinin 84%-i və ya 1 milyard 777 milyon ABŞ dolları kənd təsərrüfatı məhsulları təşkil etməklə bu vəsaitlərin 78%-i və ya 1 milyard 385 milyon ABŞ dolları Rusiya Fedarasiysına ixrac edilən malların payına düşüb.

Qeyd edək ki, ixrac edilmiş mallar müqabilində 180 gün ərzində ölkəyə qaytarılmayan xarici valyuta vəsaitlərinin 63.6%-i Rusiya Fedarasiysına ixrac edilən malların payına düşüb.