KİV: Ukrayna ötən il Sudana hərbi qüvvə göndərib

KİV: Ukrayna ötən il Sudana hərbi qüvvə göndərib

Ukrayna ötən il daxili qarşıdurmalarda iştirak etmələri üçün Sudana hərbi qüvvə göndərib.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri öz mənbələrinə istinadən yazıb.

Nəşr qeyd edib ki, Ukrayna lideri Vladimir Zelenski 2023-cü ildə daxili münaqişələrdə iştirak etmələri üçün Ukrayna ordusunun hərbçilərini Sudana göndərib.

Bildirilib ki, bu addım, Qərbin Ukraynaya dəstək göstərməklə bağlı tərəddüdü fonunda əhəmiyyətli siyasi risklərlə doludur.

Nəşrin sözlərinə əsasən, xarici ölkədə Kiyevin qatıldığı münaqişədə on minlərlə dinc sakin öldürülüb. Kiyev həmçinin bu yolla Moskvanın hərb meydanındakı itkilərini daha da çoxaltmağa çalışıb.