"Azərkosmos" sığortaçı seçir

"Azərkosmos" sığortaçı seçir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 37 manatdır.

İddiaçılar təkliflərini aprelin 4-nə qədər "Azərkosmos"un Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə aprelin 4-də, saat 13:00-da qeyd olunan ünvanda baxılacaq.

1 illik sığorta xidməti çərçivəsində 17 avtomobilin sığortalanması nəzərdə tutulur.