Dövlət Departamentinin sözçüsü: Ukraynanın Rusiyaya sürprizləri olduğuna inanırıq

Dövlət Departamentinin sözçüsü: Ukraynanın Rusiyaya sürprizləri olduğuna inanırıq

Ukraynanın Rusiyaya sürprizləri olduğuna inanırıq.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

“Ukraynanın döyüş meydanında qələbə çalması üçün planı var və onlar bunu reallaşdıracaqlar”, - o vurğulayıb.

Departament nümayəndəsi Qara dənizdə son 24 saatda Rusiya hərbi gəmisinin Ukrayna dəniz dronlarının hücumu nəticəsində batmasını nümunə olaraq göstərib: “Ona görə də biz sürprizlərin olacağına inanırıq. Nəticəni səbirsizliklə gözləyirik”.