Bu il Cəbrayıl şəhərinə köç olacaq, şəhər mərkəzində 33 yaşayış binası inşa edilir

Bu il Cəbrayıl şəhərinə köç olacaq, şəhər mərkəzində 33 yaşayış binası inşa edilir

Bu il Cəbrayıl şəhərinə köç olacaq. Hazırda şəhər mərkəzində 33 yaşayış binası inşa olunur.

Bu barədə "Birxeber.Az"a Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.

Məlumata görə, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur. Kompleksdə 33 yaşayış binası tikilir. 4-5 mərtəbədən ibarət bu binalarda 712 mənzil olacaq. Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2 158 keçmiş məcburi köçkün məskunlaşacaq.

Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra olunur.

Xatırladaq ki, 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub.

Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.