Ədliyyə naziri: Saakaşvilinin Gürcüstandakı siyasi proseslərdə iştirak hüququ yoxdur

Ədliyyə naziri: Saakaşvilinin Gürcüstandakı siyasi proseslərdə iştirak hüququ yoxdur

Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilinin Ukrayna vətəndaşı olduğu üçün ölkədəki siyasi proseslərdə iştirak etmək hüququ yoxdur.

“Birxeber.Az” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Rati Breqadze deyib.

“O, Gürcüstan deyil, Ukrayna vətəndaşıdır. Buna görə də Gürcüstandakı siyasi proseslərdə iştirak edə bilməyəcək. Yəni o, gürcü siyasətçisi deyil”, - Gürcüstanın ədliyyə naziri vurğulayıb.

Xatırladaq ki, M.Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyası siyasətçinin əfv olunması üçün imza kampaniyasına başlayıb. O bildirib ki, oktyabrın 26-da keçiriləcək parlament seçkiləri öncəsi Vahid Milli Hərəkatın seçki kampaniyasına qoşulmaq qərarına gəlib. Hərəkat da onun bu qərarını dəstəkləyib.