ABŞ-da ermənipərəst senatora qarşı yeni ittihamlar irəli sürülüb

ABŞ-da ermənipərəst senatora qarşı yeni ittihamlar irəli sürülüb

ABŞ Senatının ermənipərəst senatoru Robert Menendez ədalət mühakiməsinə mane olmaqda ittiham olunub.

Birxeber.Az News.am-a istinadən xəbər verir ki, Nyu-Yorkun Cənub Dairəsi məhkəmə məlumat bazasında dərc edilən yenilənmiş rəyə əsasən, senatora və onun həyat yoldaşına qarşı əvvəllər irəli sürülən bütün ittihamlar, həmçinin “ədalətə mane olmaq və ədalət mühakiməsinə mane olmaq üçün yeni cəhdlər” ittihamları daxildir.

Xatırladaq ki, 2023-cü ilin sentyabrında senatora və həyat yoldaşına 3 iş adamı ilə korrupsioner sövdələşmələrdə əli olması və yüz minlərlə dollar rüşvət alması ilə bağlı ittihamlar irəli sürülüb. Senator nağd pul, qızıl külçələr, bahalı avtomobillər və digər qiymətli əşyalar alıb. Daha sonra ABŞ Ədliyyə Nazirliyi Menendesə qarşı əlavə ittihamlar irəli sürərək onu Misir və Qətər üçün qeydiyyatdan keçməmiş xarici agent kimi işləməkdə ittiham edib.