Nikolas Anelka azərbaycanlı futbolçunun çıxış etdiyi klubda işləyəcək

Nikolas Anelka azərbaycanlı futbolçunun çıxış etdiyi klubda işləyəcək

İngiltərənin "Çelsi" klubunun və Fransa millisinin sabiq futbolçusu Nikolas Anelka Türkiyədə işləyəcək.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 44 yaşlı keçmiş hücumçu "Ümraniyəspor"da baş direktor vəzifəsini icra edəcək.

O, artıq müqavilə imzalamaq üçün İstanbula gedib.

Qeyd edək ki, "Ümraniyəspor"da Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev çıxış edir. Anelka 2005/2006 mövsümündə Türkiyədə "Fənərbağça"nın formasını geyinib.