Kəlbəcərdə avtomobil qəzası nəticəsində xəsarət alan sürücü ölüb

Kəlbəcərdə avtomobil qəzası nəticəsində xəsarət alan sürücü ölüb

Kəlbəcər rayonunda avtomobil qəzası nəticəsində xəsarət alan sürücü ölüb.

“Birxeber.Az” xəbər verir ki, Heydərov Yasin Muxtar oğlu "MAN" markalı avtomobillə Kəlbəcər rayonu Qamışlı kəndi ərazisində hərəkətdə olan zaman idarəetməni itirərək yük maşınını aşırıb.

Qəza nəticəsində xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. O, dünən müalicə aldığı Gəncə şəhər Mərkəzi Xəstəxanasında vəfat edib.

Xatırladaq ki, hadisə martın 2-də baş verib.