"Azərpoçt" ötən ili 5 milyon manata yaxın xalis mənfəətlə başa vurub

"Azərpoçt" ötən ili 5 milyon manata yaxın xalis mənfəətlə başa vurub

2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin əməliyyat mənfəəti (EBİTDA) 11,5 milyon manat, xalis mənfəəti isə 4,6 milyon manat təşkil edib.

"Report" xəbər verir ki, bunu şirkətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev ötən ilin yekunları ilə bağlı hesabat tədbirində bildirib.

Onun sözlərinə görə, il ərzində Cəmiyyətin həm gəlirləri, həm də xərcləri təxminən 10 % artaraq müvafiq olaraq 72,3 milyon manata və 67,5 milyon manata çatıb.

"Xərclərin artımının əsas hissəsi əməkhaqqı xərclərinin payına düşüb. Bu da 2023-cü ilin əvvəlində minimum əməkhaqqının 17 % artımı ilə bağlıdır", - deyə sədr əvəzi qeyd edib.

"2024-cü ili də mənfəətlə başa vurmağı planlaşdırırıq", - deyə İ.Mustafayev əlavə edib.