Minifutbol çempionatı: “Odlar Yurdu” gözlənilmədən məğlub olub

Minifutbol çempionatı: “Odlar Yurdu” gözlənilmədən məğlub olub

Minifutbol üzrə Azərbaycan çempionatında XIII tura start verilib.

“Birxeber.Az”un məlumatına görə, ilk gündə 4 oyun keçirilib.

Günün sensasiyasına “Dirçəliş” imza atıb. 16 komanda arasında 15-ci pillədə qərarlaşan adıçəkilən kollektiv gözlənilmədən üçüncü sırada yer alan “Odlar Yurdu”na qalib gəlib.

“Zirə” – “Siyəzən”, “İnter” – “Aznur”, “Real Bakı” – “Galaxy Baku” və “Turan” – “Birbaşa Bakı” oyunları bu gün keçiriləcək.

Azərbaycan çempionatı

XIII tur

“Dinamo Gəncə” – “Baku Fire” 1:3

“Atəşgah Suraxanı” – “Veteran” 3:7

“Sumqayıt” – “Abşeron” 0:4

“Odlar Yurdu” – “Dirçəliş” 1:3