İstanbulda universitetin kampusu yanır

İstanbulda universitetin kampusu yanır

İstanbul Texniki Universitetinin kampusunda yanğın başlayıb.

“Birxeber.Az” “Haber Global”a istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Hadisənin səbəbi hələ ki məlum deyil.