Azad edilmiş ərazilərdə torpaqların kateqoriyasının dəyişdirilməsinin sadələşdirilmiş qaydası təsdiq edilib

Azad edilmiş ərazilərdə torpaqların kateqoriyasının dəyişdirilməsinin sadələşdirilmiş qaydası təsdiq edilib

İşğaldan azad edilmiş ərazilərdə torpaqların kateqoriyasının dəyişdirilməsinin sadələşdirilmiş qaydası təsdiq edilib.

"Birxeber.Az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsinin, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsinin və dəyişdirilməsinin sadələşdirilmiş Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 421 saylı qərarı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1323 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

Hazırda işğaldan azad edilmiş ərazilərə qısa müddətdə qayıdışın və torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinin təmin edilməsi zərurəti yaranıb.

Qərarda kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan və dincə qoyulmuş kənd təsərrüfatı yerlərinin bir-biriləri arasında məqsədli təyinatının dəyişdirilməsinin Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda dövlət torpaq kadastrında və daşınmaz əmlakın dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi qarşısında Əmlak Məsələləri Dövlət Xidmətinə bildiriş göndərilməsi öhdəliyi qoyulmuşdur. Örüş, otlaq və biçənək kənd təsərrüfatı yerlərindən daha səmərəli istifadə edilməsi üçün torpağın keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaratmaqla torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti nəzərə alınmaqla və heyvandarlığın inkişafına təsiri öyrənilməklə onların əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinə dəyişdirilməsinin isə Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.

Qərarla işğaldan azad edilmiş ərazilərdə torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına, həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsi, həmin kateqoriya daxilində torpaq sahələrinin məqsədli təyinatının dəyişdirilməsi, vəsatətlərə baxılmasından imtina edilməsi və məsələ ilə bağlı qəbul edilmiş qərarın aidiyyəti üzrə göndərilməsi mexanizmi müəyyən edilib.

Daxili siyasət Daxili siyasət
Mehriban Əliyeva Prezident İlham Əliyevin Şəki səfəri ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Prezident İlham Əliyevin Şəki səfəri ilə bağlı paylaşım edib

Daxili siyasət Daxili siyasət
Baş prokuror Anar Bağırovla görüşüb

Baş prokuror Anar Bağırovla görüşüb

Daxili siyasət Daxili siyasət
Dekabr ayında Naxçıvanda 32 daşınmaz əmlak obyektinə ünvan verilib

Dekabr ayında Naxçıvanda 32 daşınmaz əmlak obyektinə ünvan verilib

Daxili siyasət Daxili siyasət
Fərid Qayıbov: "Naxçıvanın gənclər və idman naziri ilə birlikdə aktiv çalışırıq"

Fərid Qayıbov: "Naxçıvanın gənclər və idman naziri ilə birlikdə aktiv çalışırıq"

Daxili siyasət Daxili siyasət
Ağdamda Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı “Unudulmayan tarix” adlı tədbir keçirilib

Ağdamda Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı “Unudulmayan tarix” adlı tədbir keçirilib

Daxili siyasət Daxili siyasət
FHN-də “Heydər Əliyev İli”nə həsr olunan tədbir keçirilib

FHN-də “Heydər Əliyev İli”nə həsr olunan tədbir keçirilib

Daxili siyasət Daxili siyasət
Moldova Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Moldova Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Daxili siyasət Daxili siyasət
Mingəçevirdə Gənclərin Motivasiya Forumu keçirilib

Mingəçevirdə Gənclərin Motivasiya Forumu keçirilib

Daxili siyasət Daxili siyasət
Cəlilabadda "Xocalı dəhşətləri" adlı tədbir keçirilib

Cəlilabadda "Xocalı dəhşətləri" adlı tədbir keçirilib

Daxili siyasət Daxili siyasət
Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Daxili siyasət Daxili siyasət
Uzun fasilədən sonra MSK-nın iclası keçiriləcək

Uzun fasilədən sonra MSK-nın iclası keçiriləcək

Daxili siyasət Daxili siyasət
PA rəsmisi Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarına çağırış edib

PA rəsmisi Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarına çağırış edib