WP: Zelenskinin həyat yoldaşı Baydenin dəvətindən imtina edib

WP: Zelenskinin həyat yoldaşı Baydenin dəvətindən imtina edib

Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya martın 7-də ABŞ prezidenti Cozef Baydenin Senat və Nümayəndələr Palatasında illik çıxışında iştirak etməklə bağlı dəvətini rədd edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.

Nəşrin məlumatına görə, Zelenskayanın Aleksey Navalnının dul arvadı Yuliyanın yanında oturacağı planlaşdırılırdı. Bu da ukraynalılar arasında diskomfort yaradıb. Belə ki, Aleksey Navalnının Krımla bağlı açıqlamaları ukraynalılar tərəfindən narazılıqla qarşılanmışdı.

Başqa bir ABŞ rəsmisi nəşrə bildirib ki, Zelenskayanın dəvətdən imtina etmək qərarı həm də Ukrayna rəhbərliyinin Baydenlə çox yaxından əlaqəli sayılmaq istəməməsi ilə bağlıdır.

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın Kiyevə hərbi yardım göstərməsi məsələsinin daha da siyasiləşdirilməsini istəmir.

Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bir müddət əvvəl keçirdiyi brifinqdə Baydenin Yuliyanı çıxışına dəvət etdiyini, lakin onun iştirak edə bilməyəcəyini söyləyib.