Qərb Rusiyanın aktivlərindən əldə edilən 15 milyard avro gəliri müsadirə etməyə ümid edir

Qərb Rusiyanın aktivlərindən əldə edilən 15 milyard avro gəliri müsadirə etməyə ümid edir

Avropa Komissiyası (AK) 2027-ci ilə qədər Rusiya Mərkəzi Bankının Avropa İttifaqında dondurulmuş 208 milyard avroluq aktivlərinin yenidən investisiyasından əldə edilən 15 milyard avro gəliri müsadirə etməyə ümid edir.

“Birxeber.Az” xəbər verir ki, bunu Avropa Komissiyasının ədliyyə üzrə komissarı Didye Reynders Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

“Avropada 208 milyard avroluq Rusiya dövlət aktivləri və bu ölkənin Mərkəzi Bankının aktivləri bloklanıb, onların əksəriyyəti Belçikadadır. Keçməli olan bir çox mərhələlər var. Bu aktivlərdən gəlir olduqda, bu gəlirlərin vergiyə cəlb edilməsi Ukraynanı dəstəkləməyə yönəlməlidir.

Belçika hökuməti artıq 2023-cü ildə bu gəlirləri vergiyə cəlb edib və o, bu vergilərdən əldə olunan gəlirlərə sərəncam verə bilər, xüsusən də onları Ukraynaya dəstək verməyə yönəldə bilər”, - o qeyd edib.

Reynders vurğulayıb ki, Avropa Komissiyası hazırda Rusiya vəsaitlərinin müsadirəsinin növbəti mərhələsi ilə məşğuldur: “Növbəti mərhələ gəlirin özüdür, onun ölçüsünü dəqiq müəyyən etmək üçün indi ayrıca hesaba yerləşdirilməlidir. Önümüzdəki həftələrdə razılığa gəlməyi gözləyirik ki, biz də onlardan istifadə edək. İndiyə qədər hesablamışıq ki, 2027-ci ilə qədər təxminən 15 milyard avro qazanc istifadə edilə bilər, lakin bu, əlbəttə ki, faiz dərəcələrindən və dividendlərdən asılı olacaq”.