Bakıda Od çərşənbəsi tədbirində dava düşüb, bıçaqlanan var

Bakıda Od çərşənbəsi tədbirində dava düşüb, bıçaqlanan var

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

İlkin ehtimala görə, 2000-ci il təvəllüdlü İsmayılov Cahangir Rövşən oğlu çərşənbə tədbiri zaman tonqalın düzgün qurulmadığını irad bildirib.

C.İsmayılov etiraz edən zaman bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin Əməkdaşları araşdırır.