Bakıda tanınmış restoranda dava düşüb, bıçaqlanan var

Bakıda tanınmış restoranda dava düşüb, bıçaqlanan var

Bakının Yasamal rayonunda restoranda dava düşüb.

APA xəbər verir ki, hadisə “Papaq” restoranında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Yaqubov Aqil Anar oğlu restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub.

Həmin vaxt o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin əməkdaşları araşdırır.