Bakıda iki maşın toqquşub, xəsarət alan var - FOTO

Bakıda iki maşın toqquşub, xəsarət alan var - FOTO

Bakının Nərimanov rayonunda yol qəzası baş verib

Birxeber.Az xəbər verir ki, hadisə Təbriz və Əbdüləzəl Dəmirçizadə küçələrinin kəsişməsində qeydə alınıb.

İşıqforun qırmızı işığının tələbini pozaraq yoluna davam edən “Mercedes” markalı maşının sürücüsü avtomobilini yaşıl işıqda hərəkətdə olan digər eyni markalı maşına çırpıb.

Zərbənin təsirindən avtomobillər deformasiyaya uğrayıb. Yol təsərrüfatına ciddi ziyan dəyib. Bir nəfər xəsarət alıb. Hadisə yerinə Nərimanov polisinin əməkdaşları cəlb olunub. Avtomobillər cərimə meydançasına yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.