Çempionlar Liqasında ilk iki 1/4 finalçı müəyyənləşib

Çempionlar Liqasında ilk iki 1/4 finalçı müəyyənləşib

UEFA Çempionlar Liqasında ilk iki 1/4 finalçı müəyyənləşib.

“Report”un məlumatına görə, 1/8 final mərhələsi çərçivəsində keçirilən iki cavab görüşündən sonra buna aydınlıq gəlib.

İtaliyada “Latsio”ya 0:1 hesabı ilə uduzan “Bavariya” bunun əvəzini doğma Almaniyada çıxıb.

Münhen təmsilçisi Harri Keyn (38 və 66-cı dəqiqə) və Tomas Müllerin (45+2) qolları sayəsində 3:0 hesablı qələbə qazanıb.

Digər cütlükdə “PSJ” Fransada olduğu kimi (2:0), İspaniyada da “Real Sosyedad”ı məğlub edib - 2:1.

Parislilərin heyətində 15 və 56-cı dəqiqələrdə Kilian Mbappe fərqlənib. Qonaqlarda Mikel Merino 89-cu dəqiqədə təsəlli qolunun müəllifi olub.

Beləliklə, “Bavariya” və “PSJ” Çempionlar Liqasında 1/4 finala adlayıblar.