Astarada 2-ci mərtəbədən yıxılan gənc qızın beli sınıb

Astarada 2-ci mərtəbədən yıxılan gənc qızın beli sınıb

Astara rayonunda bədbəxt hadisə zamanı 21 yaşlı gəncin bel fəqərəsi sınıb.

“Report”un məlumatına görə, 2003-cü il təvəllüdlü Xacaxanova Rüfanə Rüfət qızı yaşadığı evin 2-ci mərtəbəsindən ehtiyatsızlıqdan yerə yıxılıb.

Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə paytaxtda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.