ÇL: "Bavariya" sensasiyaya imkan verməyib, PSJ-dən səfər qələbəsi

ÇL: "Bavariya" sensasiyaya imkan verməyib, PSJ-dən səfər qələbəsi

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Apasport.az xəbər verir ki, iki matç baş tutub.

Almaniya çempionu "Bavariya" İtaliyanın "Latsio" komandasını qəbul edib. Romadakı ilk görüşdə meydan sahibləri qələbə qazanıblar - 1:0.

Münhen təmsilçisində Dayot Upamekano cəza, Bouna Sarr və Kinqsli Koman zədə səbəbindən qarşılaşmanı buraxıblar. Romalılar zədə ucbatından Patrisio Qabarronun xidmətindən yararlana bilməyib.

Digər oyunda Fransanın PSJ kollektivi İspaniyada "Real Sosyedad"la üz-üzə gəlib. İlk görüşdə Paris klubu qalib gəlib - 2:0. Meydan sahiblərində Alvaro Odriozola, Arits Elustondo və Carlos Fernandes, qonaqlarda Presnel Kimpembe, Milan Şkrinyar və Marko Asensio zədəlidir.

Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
6 mart

"Bavariya" - "Latsio" 3:0
Qollar: Harri Keyn, 38, 66, Tomas Müller, 45+2

"Real Sosyedad" - PSJ 1:2
Qollar:
Mikel Moreno, 89 - Kilian Mbappe, 15, 56