Fransalı siyasətçi Makronun müharibə istədiyini bəyan edib

Fransalı siyasətçi Makronun müharibə istədiyini bəyan edib

“Fransa prezidenti Emmanuel Makron müharibə istəyir, buna görə də onu dayandırmaq lazımdır”.

“Birxeber.Az” xəbər verir ki, bunu “Fransa Vətənpərvərlər Partiyası”nın lideri Florian Filippot “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Praqada indi qaçılmaz müharibə elan edən Makrondan yeni bir dönüş var!”- Filippo vurğulayıb.

Onun sözlərinə görə, NATO-ya tabe olan Fransa prezidenti açıq şəkildə müharibə istəyir, ona görə də o və alyans dayandırılmalıdır.