Təmirsiz vəziyyətdə olan məktəblərin sayı açıqlanıb

Təmirsiz vəziyyətdə olan məktəblərin sayı açıqlanıb

"Azərbaycanda rəsmi məlumata əsasən təxminən 800 məktəb təmirsiz vəziyyətdədir".

Birxeber.Az xəbər verir ki, bu Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Belə ki, məktəblərin təmiri məsələsinin bir il ərzində deyil, müəyyən müddətdə heyata keçirilməsi planlaşdırılır. Hesab edirik ki, bölgələrdə məktəblərin sürətli bir şəkildə təmir və bərpa olunmasına ehtiyac var:

"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına əsasən 2026-cı ilədək maddi-texniki bazası yenilənmiş məktəblərin xüsusi çəkisinin 86%-ə çatdırılması nəzərdə tutulub. Ölkədə təhsil müəssisələrinin tikintisi, təmiri və yenidən qurulması işlərinin həyata keçirilməsi üçün 2023-cü il dövlət büdcəsinin investisiya xərclərində 186,6 mln. manat vəsait nəzərdə tutulub və bu vəsaitin konkret obyektlər üzrə bölgüsü İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla sifarişçi qurumların təklifləri əsasında aparılıb".