Azərbaycanda 8 mindən çox sürücü təlimlərə cəlb ediləcək

Azərbaycanda 8 mindən çox sürücü təlimlərə cəlb ediləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 8 mindən çox sürücünü təlimlərə cəlb edəcək.

Bu barədə “Birxeber.Az”a qurumdan məlumat verilib.

Məlumata görə, təlimlər Bakı, Gəncə, Masallı, Lənkəran və Astarada təşkil olunacaq. Sürücülərə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının təşkilinin özünəməxsusluğu, bu sahədə mövcud olan hüquq normaları, işgüzar adətlər, beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin istismarına dair tələblər və onların istismar xüsusiyyətləri, habelə ilk tibbi yardımın göstərilməsi haqqında məlumat veriləcək. Məşğələlərdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar yerinə yetirən sürücülərə yüklərin qəbulu, rəsmiləşdirilməsi, daşınması və təhvil verilməsi qaydaları, müxtəlif yüklərin daşınmasının şərt və xüsusiyyətləri, habelə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlar aşılanacaq.

Təlimlər Nazirlər Kabinetinin təsdiqlədiyi tədris proqramı əsasında yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla aparılır. İmtahanlar elektron qaydada təşkil edilir.

Sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığa başlamayan daşıyıcılar gələn il aprelin 8-dən beynəlxalq yükdaşımalarında iştirak edə bilməyəcəklər. Təlimlərdə iştirak etmək istəyən sürücülər AYNA-nın “1181” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

“Azərbaycan avtodaşıyıcılarının beynəlxalq daşımalara buraxılması Qaydaları”nın tətbiq edilməsində məqsədlərdən biri də avtomobil nəqliyyatı sahəsində qabaqcıl tənzimləmə mexanizmi hesab olunan Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasının tələblərinin Azərbaycanda tətbiq edilməsidir. Keyfiyyət Xartiyasında təsis edilmə, işgüzar nüfuz, maliyyə dayanıqlığı və peşəkarlıq səriştəsi ilə bağlı müvafiq tələblər müəyyən edilir və daşımalara bu tələblərə cavab verən subyektlər buraxılır. Bu da öz növbəsində avtomobil nəqliyyatının işinin səmərəli təşkilinə, sahənin dayanıqlı inkişafına və investisiya cəlbediciliyinin artmasına müsbət töhfə verir.

İnfrastruktur İnfrastruktur
Daşkəsən yolları iri qaya parçaları və palçıqdan təmizlənib

Daşkəsən yolları iri qaya parçaları və palçıqdan təmizlənib

İnfrastruktur İnfrastruktur
Su təchizatı şəbəkəsinə qoşulmaq üçün prosedurların sayı 4 dəfə azaldılacaq

Su təchizatı şəbəkəsinə qoşulmaq üçün prosedurların sayı 4 dəfə azaldılacaq

İnfrastruktur İnfrastruktur
Bakı metrosunda qatarların hərəkəti ləngiyib

Bakı metrosunda qatarların hərəkəti ləngiyib

İnfrastruktur İnfrastruktur
Saray qəsəbəsində quraşdırılan küçə lampaları elektrik enerjisiz qalıb

Saray qəsəbəsində quraşdırılan küçə lampaları elektrik enerjisiz qalıb

İnfrastruktur İnfrastruktur
Azərbaycanda sudan istifadəyə nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib

Azərbaycanda sudan istifadəyə nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib

İnfrastruktur İnfrastruktur
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edəcək

İnfrastruktur İnfrastruktur
“ADY Konteyner” “Azəralüminium” üçün Çindən xammal nəql edib

“ADY Konteyner” “Azəralüminium” üçün Çindən xammal nəql edib

İnfrastruktur İnfrastruktur
Əli Əsədov: "Azərbaycan Xəzərin ətraf mühitinə mənfi təsirlərini azaltmaq üçün fəal səy göstərir"

Əli Əsədov: "Azərbaycan Xəzərin ətraf mühitinə mənfi təsirlərini azaltmaq üçün fəal səy göstərir"

İnfrastruktur İnfrastruktur
Dünya İqtisadi Forumunda Orta Dəhliz müzakirə olunacaq

Dünya İqtisadi Forumunda Orta Dəhliz müzakirə olunacaq

İnfrastruktur İnfrastruktur
Naxçıvanda üç kəndi birləşdirən körpü yenidən inşa olunub

Naxçıvanda üç kəndi birləşdirən körpü yenidən inşa olunub

İnfrastruktur İnfrastruktur
Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə yeni rəis təyin olunub

Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə yeni rəis təyin olunub

İnfrastruktur İnfrastruktur
Biləsuvar şəhərinə içməli suyun verilişi bərpa olunub

Biləsuvar şəhərinə içməli suyun verilişi bərpa olunub