Bakıda iki avtomobil toqquşub, 1 ölü, 4 yaralı var

Bakıda iki avtomobil toqquşub, 1 ölü, 4 yaralı var

Bakıda avtomobillər toqquşub.

APA xəbər verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. 1972-ci il təvəllüdlü Məmmədov Eldəniz Yaqub oğlunun idarə etdiyi “Hyundai Santafe” markalı avtomobil 1971-ci il təvəllüdlü Qarayev Asif Bəhram oğlunun idarə etdiyi “Mercedes Vito” markalı avtomaşın ilə toqquşub.

Nəticədə “Mercedes Vito” markalı avtomobildə olan sərnişin 1978-ci il təvəllüdlü Rüstəmov Rüstəm Vəzir oğlu hadisə yerində ölüb, 1994-cü il təvəllüdlü Məmmədov Əbdül Mustafa oğlu, 1968-ci il təvəllüdlü Vəliyeva Elmira Ələkbər qızı, Məmmədov Eldəniz Yaqub oğlu və İmanova Əfsanə Qoçəli qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Fakta bağlı cinayət işi başlanılaraq istintaq aparılır.