İsveç və Almaniya müdafiə sahəsində əməkdaşlığı dərinləşdirəcək

İsveç və Almaniya müdafiə sahəsində əməkdaşlığı dərinləşdirəcək

İsveç və Almaniyanın müdafiə nazirləri Pol Conson və Boris Pistorius Stokholmda ikitərəfli müdafiə əməkdaşlığına dair yenilənmiş niyyət bəyannaməsini imzalayıblar.

“Report” xəbər verir ki, bu barədə İsveç hökumət idarəsi məlumat yayıb.

Danışıqlar zamanı nazirlər mövcud təhlükəsizlik vəziyyətini, NATO ilə bağlı məsələləri, Ukraynaya gələcək dəstək və İsveçin hərbi xidmətə çağırış sistemini müzakirə ediblər.