Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi və yükdaşımalar artıb

Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi və yükdaşımalar artıb

Azərbaycan və Rusiya arasında 2023-cü ildə ticarət dövriyyəsi rekord səviyyədə artıb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, matın 5-də Bakıda Baş naziri Əli Əsədov ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında görüşdə tərəflər 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.

Həmçinin əmtəə dövriyyəsinin artım trendinə dəstək göstəriləcəyinə əminlik bildirilib.

Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi qiymətləndirilib. 2023-cü ilin yekunlarına görə Azərbaycan ilə Rusiya arasında yük daşımalarının həcmi 11 faizdən çox artıb.