Sultan Raev: Tomris türk dünyasının dostluğunun simvoludur

Sultan Raev: Tomris türk dünyasının dostluğunun simvoludur

Bakıda ilk dəfə Türk dünyası rəssamlarının "Tomris" adlı sərgisi baş tutub.

Birxeber.Az xəbər verir ki, sərginin təqdimatının ardından jurnalistlərə açıqlama verən TÜRKSOY-un Baş katibi Sultan Raev sözügedən sərgini özəl sərgi olaraq qiymətləndirib.

"Tomris türk dünyası üçün özəl bir xarakterdir. Burada sərgidə türk dünyası rəssamlarının Tomris obrazına baxışını görürük. Hesab edirəm ki, bu sərgi özü də türk dünyasının bərabərliyinin, dostluğunun simvoludur", - Baş katib əlavə edib.

Azərbaycanın Xalq rəsaamı Sakit Məmmədov isə jurnalistlərə açıqlaması zamanı sərginin yaranması ideyasına toxunub.

Sakit Məmmədovun sözlərinə görə, sərgi Bakıdan sonra Türkiyə, Qırğızıstan, Qazaxıstan və eləcə də digər türk dövlətlərində də nümayiş olunacaq.

Sərgidə əsəri nümayiş olunan bir digər türk rəssamı, Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatovun oğlu Eldar Aytmatov da, öz növbəsində, sərgi barədə təəssüratlarını bölüşüb.

Eldar Aytmatov "Tomris" obrazının türk dünyası üçün vacibliyini vurğulayıb.