RİNN: ​​​​​“Facebook” və “Instagram”da problem lokal deyil - YENİLƏNİB-1

RİNN: ​​​​​“Facebook” və “Instagram”da problem lokal deyil - YENİLƏNİB-1

"Meta" şirkətinə məxsus "Facebook", "Instagram" kimi beynəlxalq platformalara daxil olmada problem yaşanır.

Birxeber.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, problem lokal deyil, qlobal xarakter daşıyır. Şirkət hələlik problemlə bağlı rəsmi məlumat yaymayıb.

***

Saat 20:32

Məlumat üçün bildiririk ki, hazırda “Facebook”və “Instagram” sosial şəbəkələrində problem yaranıb. Sözügedən problem qlobal xarakter daşıyır və hələki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.

Birxeber.Az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur.

Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.

***

Saat 19:38

“Facebook” və “İnstagram”da qlobal problem yaranıb.

Birxeber.Az xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin hesablara girişi bloklanıb. Avtomatik hesabdan çıxış müşahidə olunur, yenidən hesaba giriş isə mümkün olmur.