İran və Azərbaycan XİN başçıları ikitərəfli münasibətləri müzakirə ediblər - FOTO

İran və Azərbaycan XİN başçıları ikitərəfli münasibətləri müzakirə ediblər - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı ilə Hüseyn Əmir Abdulahiyan ilə görüşüb.

Birxeber.Az xəbər verir ki, görüş Ciddədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası çərçivəsində baş tutub.

Nazirlər ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyini və regional vəziyyəti müzakirə ediblər.