Ermənilərin "Artsax"la bağlı tədbiri təxirə salınıb

Ermənilərin "Artsax"la bağlı tədbiri təxirə salınıb

Ermənilərin Almaniyanın paytaxtı Berlində keçirməyi planlaşdırdıqları “Artsaxın mədəni irsi” adlı kitabın geniş təqdimat mərasimi təxirə salınıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, bu gün tədbirin onlayn keçiriləcəyi barədə məlumat yayılıb:

"Məqsəd guya təqdimatın təhlükəsizlik şəraitində keçirilməsini təmin etməkdir".

Xatırladaq ki, Ermənilər martın 6-da Berlində “Artsaxın mədəni irsi” adlı kitabın təqdimatı məqsədilə geniş tədbir keçirməyi planlaşdırırdılar. Avropada yaşayan azərbaycanlılar və diaspor təşkilatları təqdimat mərasimində iştirak etmək üçün qeydiyyata düşmək məqsədilə davamlı olaraq müraciətlər edib və tədbirin qarşısının alınması üçün ciddi cəhd göstəriblər.