İranda 71 gündür davam edən etiraz aksiyaları - Səslənən "Qatil rejim!" şüarı - İCMAL

İranda 71 gündür davam edən etiraz aksiyaları - Səslənən "Qatil rejim!" şüarı - İCMAL

Güney Azərbaycanın Urmiya, Sulduz (Nəğədə), Piranşəhr və Bukan şəhərlərində bazar və biznes mərkəzlərinin tətili davam edir. Hətta İranın müxtəlif şəhərlərində də sahibkarlar dükanları bağlayaraq tətilə qoşulublar.

“Birxeber.Az” xəbər verir ki, İranın hərbi-polis rejimi etiraz aksiyalarına qatılanları yaşlı, uşaq, qadın, qoca, ahıl fərq qoymadan həbs edir. Zunuz bölgəsindən olan 5 ahılın azadlığa buraxılması tələbi ilə Güney Azərbaycanın Mərənd şəhərindəki məhkəmə binasının qarşısına etiraz aksiyası keçirilib.

Məlumata görə, Ərdəbildə Güney Azərbaycan Milli Oyanış Hərəkatının bayrağı körpüdən asılıb.

Rəşt şəhərinin Şaqaçı məhəlləsində etirazçılar İran hərbi-polis qüvvələrinin aksiyalarda törətdiyi vəhiliklərə cavab olaraq "Bəsic" qüvvələrinin qərargahına od vurub.

Buşehr şəhərində sahibkarlar etirazlara dəstək məqsədilə mağazaları bağlayaraq tətil keçirib. Həştgerd şəhərində “Zərnam” şirkətinin mühəndis və işçiləri də etiraz olaraq tətil keçiriblər.

Kərəcin Qohərdəşt məhəlləsində etirazçılarla hökumət qüvvələri arasında əlbəyaxa dava olub. Aksiyaçılar İranın ali rəhbəri Xameneinin şəkli olan banerin üzərinə qan mənası verən qırmızı boya atıblar. Bundan başqa, Xorasan-Rəzəvi əyalətinin Məşhəd şəhərində etirazçılar küçələrə yeridilən qüvvələrin maşınına özünümüdafiə məqsədilə əldəqayırma partlayıcı kapsullar atıblar. Eyni zamanda İlam şəhərində etirazçılar dinc askiyaların yatırılmasında əsas rollardan birini oynayan "Bəsic" qüvvələrinə məxsus qərargaha od vurub.

İsfahan və Həmədan şəhərlərində nümayişçilər "Diktatora ölüm olsun!", “Azadlıq, azadlıq, azadlıq!” şüarlarını səsləndiriblər. Kirmanşah əyalətinin Cəfərabad yaşayış massivində etirazçı gənclərlə hakimiyyət qüvvələri arasında qarşıdurma olub. Hərbi-polis qüvvələri gənclərə döyüş silahları ilə atəş açıb. Qəzvin və Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərlərində aksiyaçılar "Xameneiyə ölüm!", “SEPAH-çılara ölüm!” şüarlarını səsləndiriblər. Məlumata görə, İran teleradio şirkətinin keçmiş sədri Məhəmməd Sərəfraz təhlükəsizlik qüvvələrinə müraciət edib: “Silahsız insanları, müdafiəsiz qadın, uşaq və qocaları öldürən dövlət məmurları, bu əmri verən komandirlər qatildir”.

Qeyd edək ki, bu gün İranda 71 gündür etiraz aksiyaları keçirilir.

Analitika Analitika
Rəqəmsal yuan Azərbaycanla hesablaşmalarda istifadə oluna bilərmi?

Rəqəmsal yuan Azərbaycanla hesablaşmalarda istifadə oluna bilərmi?

Analitika Analitika
İranda ana dilində təhsil almayan Azərbaycan türkü - buna laqeyd qalan ali rəhbər - ŞƏRH

İranda ana dilində təhsil almayan Azərbaycan türkü - buna laqeyd qalan ali rəhbər - ŞƏRH

Analitika Analitika
Fransanın Əlcəzairdə törətdiyi qırğınlar və ermənilərə havadarlığı - ŞƏRH

Fransanın Əlcəzairdə törətdiyi qırğınlar və ermənilərə havadarlığı - ŞƏRH

Analitika Analitika
Rusiyaya qarşı mübarizənin cəngavəri niyə istefa verir? - ŞƏRH

Rusiyaya qarşı mübarizənin cəngavəri niyə istefa verir? - ŞƏRH

Analitika Analitika
Geri çəkilən İran - Vilayətinin açıqlaması, yada düşən Qəvam - ŞƏRH

Geri çəkilən İran - Vilayətinin açıqlaması, yada düşən Qəvam - ŞƏRH

Analitika Analitika
Rusiyanın dəyişməyən 200 illik siyasəti - yer adlarının təhrifi, alət olan ermənilər - ŞƏRH

Rusiyanın dəyişməyən 200 illik siyasəti - yer adlarının təhrifi, alət olan ermənilər - ŞƏRH

Analitika Analitika
Fransanın ikiüzlülüyü, “ermənidən daha çox erməni” olmağa çalışan rəsmi Paris, Makronun nağılları - ŞƏRH

Fransanın ikiüzlülüyü, “ermənidən daha çox erməni” olmağa çalışan rəsmi Paris, Makronun nağılları - ŞƏRH

Analitika Analitika
Ermənistanın nicat yolu - uydurma tarixdən imtina

Ermənistanın nicat yolu - uydurma tarixdən imtina

Analitika Analitika
Urmiya gölünün qurudulması - İran ekoloji terrora da himayədarlıq edir - ŞƏRH

Urmiya gölünün qurudulması - İran ekoloji terrora da himayədarlıq edir - ŞƏRH

Analitika Analitika
Baydenin “İranı azad edəcəyik” çağırışı - dəyişiklik istəyən İran cəmiyyəti - ŞƏRH

Baydenin “İranı azad edəcəyik” çağırışı - dəyişiklik istəyən İran cəmiyyəti - ŞƏRH

Analitika Analitika
Cənubi Qafqazdan aralı düşən Çin – Pekinin regionda etibarlı tərəfdaşı olacaq Azərbaycan - ŞƏRH

Cənubi Qafqazdan aralı düşən Çin – Pekinin regionda etibarlı tərəfdaşı olacaq Azərbaycan - ŞƏRH

Analitika Analitika
İranın gülünc “qırmızı xətti” –  zülmkar sasani babalarına oxşayan Tehran - ŞƏRH

İranın gülünc “qırmızı xətti” –  zülmkar sasani babalarına oxşayan Tehran - ŞƏRH